Bakı şəhər Səbail rayon Məhkəməsinin sədri Ağamalı Qafarovun ailəsində faciə baş verib.
AzBaku.org Publika.az-a istinadən xəbər verir ki, tanınmış hakimin azyaşlı nəvəsi Siyarə bədbəxt hadisə nəticəsində vəfat edib. Belə ki, azyaşlı qız ailəsi ilə birgə istirahətdə olarkən nəzarətsiz qalması səbəbindən su hovusunda boğulub.
Qeyd edək ki, Ağamalı Qafarov Bakının tanınmış məhkəmə sədrlərindəndir. O, daha əvvəl Nəsimi rayon Məhkəməsinə sədrlik edib.