Sənin soyun dünyanın sonuna kimi artacaq və bəşər durduqca Uca Allahın adını Həmd-səna ilə anacaqlar!

Əziz Hz.Peyğəmbərimiz Mühəmməd (s.ə.s)-in oğulları vəfat etdikdən sonra müşriklər kinayə ilə onu soysuz adlandırdılar. Və o zaman adil Allah müşriklərə buyurdu: “Hz.Mühəmmədin (s.ə.s) əshabələri, ardıcılları bəşər durduqca artacaq və mənim adımı Həmd-səna ilə anacaqlar”.

Cənubi Osetiya Respublikasının “Azərbaycanlılar Konqresi”-nin mətbuat katibi, “Xəbərfakt” İA-nin Cənubi Qafqaz bürosunun rəhbəri Elçin Şükür, apardığı araşdırmalar nəticəsində müəyyən etmişdir ki, sevgili Peyğəmbərimiz Hz.Muhəmməd(s.ə.s) nəslindən olan şəxslər Çeçenistan Respublikası və İnquşetiyada yaşayırlar.

“Xəbərfakt” İA-nin ötən nömrəsində Çeçenistan Respublikası Parlamentinin deputatı, Hz.Məhəmməd (s.ə.s) ümmətinin soyundan olan Seyid Həmzə Camaluleyl haqqında bəhs etmişdik. İndi isə sizə hal-hazırda İnquşetiya Respublikasında yaşayan, öz növbəsində o da Hz.Peyğəmbərin (s.ə.s) nəslindən sayılan ağsaqqal Seyid İbrahim ağa və onunla görüşdən bəzi məqamlar haqqında bəhs etmək istəyindəyik.

- Sizi oxucularımıza yaxından tanış etmək məqsədilə özünüz haqqında geniş, hərtərəfli məlumat verməyinizi xahiş edirəm.

- Atam və mən burda – İnquşetiyanın Ekajevo kəndində doğulmuşuq. Atam Seyid Məhəmməd 1913-cü ildə doğulub, 1997-ci ildə haqq dünyasına qovuşub. Mən 1941-ci il təvəllüdəm. Babamız İnquşetiyaya 1900-cü ildə gəlib, orada yaşayıb. İndi də babamın ailəsi və nəvələri orada yaşayır. Babamın Məkkə şəhərində bir oğul, bir qızı (iki övladı) indi də yaşayır.

1901-1902-ci illərdə babamın oğlu İnquşetiyaya gəlmiş, geri qayıdarkən xəbər-ətərsiz itkin düşmüşdür. Bu mənim Yəhya əmim olub. Yəhya əmimin Ələviyyə adlı bir qızı da var. Əmim qızı Ələviyyənin

Məkkədə 3 qızı, 1 oğlu var. Qızları Məkkə şəhərinin özündə, oğlu isə Ciddədə yaşayır.

Babamı hamı Seyid İbrahim çağırırdılar. O İnquşetiyaya gəlmiş, 1906-cı ildə Ekajev kəndində evlənmiş, 1913-1914-cü illərdə Məkkəyə dönmüşdür. Təkrarən bura – Ekajevə qayıdanda doğma qardaşı Aynurusu də özü ilə gətirmişdi. Lakin Aynurus Məkkəyə geri dönmüşdü. Onun övladı yox idi.

- Rusiya Federasiyasına gəlişininiz, İnquşetiya Respublikasını ziyarətiniz... bu taledir, yoxsa miqrasiya?

- Babam İnquşetiyanın Ekajev kəndinə həcc ziyarətində olan ardıcıl kimi gəlib. Yerli əhali ondan İnquşetiya müsəlmanları üçün dua etməsini xahiş edir. Buradakı adət-ənənəni (və əlbəttə qızları) bəyənən babam elə buradaca ailə qurub yaşamağa qərar verib. Evlənib, 8 övlad sahibi olub. Sovet hakimiyyəti qurularkən sərhədlər bağlanmağa başlayanda Çeçenistan və İnquşetiya müridləri toplaşıb, Rusiyanı tərk etmək qərarına gəliblər. Lakin uşaqları və arvadı babamın qalmasını istəyib. Beləliklə, babam burada Ekajevdə qalıb.

1934-ci ildə böyük oğlu xəstəlik ucbatından dünyasını dəyişib. Bədbəxt hadisə Alpiyev kəndində baş verib. Mövlud üçün onu dəvət ediblər. O namaz üçün dəstəmaz alıb, sakinlərlə oturub dualar oxuyub və qəflətən ölüb. İnquşetiyada hamı onu ciddi, yumşaq xasiyyətli, eyni zamanda təmkinli biri kimi çox hörmətlə yad edilir.

Peyğəmbər Məhəmməd (s.ə.s) demiş ki, “Mənim üçün sizin qohumlarınıza bəslədiyiniz məhəbbətdən başqa mükafat yoxdur”. Bəs siz necə, öz növbənizdə bu sevgini hiss edir, duyursunuzmu?

- Bəli. Nəinki İnquşetiya başçısı Yunisbəy Evkurov tərəfindən, həmçinin, idarəetmə rəhbərləri tərəfindən də burada Məhəmməd Peyğəmbər (s.ə.s) əshabələrinə böyük qayğı və diqqət göstərilir. Bütün dini ayinlərə,

Qarşıdurmaların həllinə, məsləhətə, məşvərətə daim dəvət olunuruq. Mən özüm İnquşetiya rəhbərliyi tərəfindən təltif olunmuşam.

- İstənilən millətin təmsilçisi harada yaşaması seçimində azaddır. Bəs siz necə, burda yaşasanız da, öz doğma yurdunuzu ziyarət etmək istəyərdinizmi?

- Əlbəttə, öz əcdadını ziyarət etməyi kim istəməz ki? Mən də istəyirəm, lakin bunun üçün artıq çox yaşlıyam.

1900-cü ildə ilk dəfə babam Səudiyyə Ərəbistanından bura gələndə, bircə qohumumuz da bizi ziyarətə gəlmədi. Allahın iradəsi ilə 118 ildən sonra, 2018-ci ildə Səudiyyə Ərəbistanından babamın qohumu olan Akilovlar bizə gəldilər. Onlar 7 nəfər idilər. İçərilərində ən yaşlısı Seyid Abdulladır, hansı ki, Ciddə şəhərində yaşayır. O, islam elmləri doktorudur və Hz.Peyğəmbər (s.ə.s.) ailəsinin arxiv müdiridir. Bax, məhz bu Seyid Abdulla mənə Hz.Peyğəmbərimizin (s.ə.s.) birbaşa nəslinin nümayəndəsi vəsiqəsini təqdim edib.
Sənin soyun dünyanın sonuna kimi artacaq və bəşər durduqca Uca Allahın adını Həmd-səna ilə anacaqlar!

Sənin soyun dünyanın sonuna kimi artacaq və bəşər durduqca Uca Allahın adını Həmd-səna ilə anacaqlar!
Senatorlar Türkiyəyə qarşı sanksiyalar tələb edir... “YUĞ” qastroldadır... Xələfovdan sərhədlərin delimitasiyası bağlı - Açıqlama... İran-İngiltərə gərginliyi PİK HƏDDƏ: daha bir döyüş gəmisi hərəkətə keçdi - FOTO... Növbəti tədris ilinin tətil günləri açıqlanıb - SİYAHI... Ermənilər Ağdamda yanğın törətdilər... Prezidentin “ağ inqilabı”nı tormozlayan başçılar kimdir? – Şok siyahı...Bazarlarda qiymətlər əl yandırır, Şahin Mustafayevlə İnam Kərimov yay tətilində…...Azərbaycanda yeni lizinq şirkəti yaradılıb...Arvadına çoxsaylı bıçaq vurdu — Öldüyünə əmin olmaq üçün boğazını kəsdi...Senatorlar Türkiyəyə qarşı sanksiyalar tələb edir...“YUĞ” qastroldadır...Xələfovdan sərhədlərin delimitasiyası bağlı - Açıqlama...İran-İngiltərə gərginliyi PİK HƏDDƏ: daha bir döyüş gəmisi hərəkətə keçdi - FOTO...Növbəti tədris ilinin tətil günləri açıqlanıb - SİYAHI...Ermənilər Ağdamda yanğın törətdilər...
Sənin soyun dünyanın sonuna kimi artacaq və bəşər durduqca Uca Allahın adını Həmd-səna ilə anacaqlar!
iyl-12
22:15
2019
Çap et
117
Sənin soyun dünyanın sonuna kimi artacaq və bəşər durduqca Uca Allahın adını Həmd-səna ilə anacaqlar!

Əziz Hz.Peyğəmbərimiz Mühəmməd (s.ə.s)-in oğulları vəfat etdikdən sonra müşriklər kinayə ilə onu soysuz adlandırdılar. Və o zaman adil Allah müşriklərə buyurdu: “Hz.Mühəmmədin (s.ə.s) əshabələri, ardıcılları bəşər durduqca artacaq və mənim adımı Həmd-səna ilə anacaqlar”.

Cənubi Osetiya Respublikasının “Azərbaycanlılar Konqresi”-nin mətbuat katibi, “Xəbərfakt” İA-nin Cənubi Qafqaz bürosunun rəhbəri Elçin Şükür, apardığı araşdırmalar nəticəsində müəyyən etmişdir ki, sevgili Peyğəmbərimiz Hz.Muhəmməd(s.ə.s) nəslindən olan şəxslər Çeçenistan Respublikası və İnquşetiyada yaşayırlar.

“Xəbərfakt” İA-nin ötən nömrəsində Çeçenistan Respublikası Parlamentinin deputatı, Hz.Məhəmməd (s.ə.s) ümmətinin soyundan olan Seyid Həmzə Camaluleyl haqqında bəhs etmişdik. İndi isə sizə hal-hazırda İnquşetiya Respublikasında yaşayan, öz növbəsində o da Hz.Peyğəmbərin (s.ə.s) nəslindən sayılan ağsaqqal Seyid İbrahim ağa və onunla görüşdən bəzi məqamlar haqqında bəhs etmək istəyindəyik.

- Sizi oxucularımıza yaxından tanış etmək məqsədilə özünüz haqqında geniş, hərtərəfli məlumat verməyinizi xahiş edirəm.

- Atam və mən burda – İnquşetiyanın Ekajevo kəndində doğulmuşuq. Atam Seyid Məhəmməd 1913-cü ildə doğulub, 1997-ci ildə haqq dünyasına qovuşub. Mən 1941-ci il təvəllüdəm. Babamız İnquşetiyaya 1900-cü ildə gəlib, orada yaşayıb. İndi də babamın ailəsi və nəvələri orada yaşayır. Babamın Məkkə şəhərində bir oğul, bir qızı (iki övladı) indi də yaşayır.

1901-1902-ci illərdə babamın oğlu İnquşetiyaya gəlmiş, geri qayıdarkən xəbər-ətərsiz itkin düşmüşdür. Bu mənim Yəhya əmim olub. Yəhya əmimin Ələviyyə adlı bir qızı da var. Əmim qızı Ələviyyənin

Məkkədə 3 qızı, 1 oğlu var. Qızları Məkkə şəhərinin özündə, oğlu isə Ciddədə yaşayır.

Babamı hamı Seyid İbrahim çağırırdılar. O İnquşetiyaya gəlmiş, 1906-cı ildə Ekajev kəndində evlənmiş, 1913-1914-cü illərdə Məkkəyə dönmüşdür. Təkrarən bura – Ekajevə qayıdanda doğma qardaşı Aynurusu də özü ilə gətirmişdi. Lakin Aynurus Məkkəyə geri dönmüşdü. Onun övladı yox idi.

- Rusiya Federasiyasına gəlişininiz, İnquşetiya Respublikasını ziyarətiniz... bu taledir, yoxsa miqrasiya?

- Babam İnquşetiyanın Ekajev kəndinə həcc ziyarətində olan ardıcıl kimi gəlib. Yerli əhali ondan İnquşetiya müsəlmanları üçün dua etməsini xahiş edir. Buradakı adət-ənənəni (və əlbəttə qızları) bəyənən babam elə buradaca ailə qurub yaşamağa qərar verib. Evlənib, 8 övlad sahibi olub. Sovet hakimiyyəti qurularkən sərhədlər bağlanmağa başlayanda Çeçenistan və İnquşetiya müridləri toplaşıb, Rusiyanı tərk etmək qərarına gəliblər. Lakin uşaqları və arvadı babamın qalmasını istəyib. Beləliklə, babam burada Ekajevdə qalıb.

1934-ci ildə böyük oğlu xəstəlik ucbatından dünyasını dəyişib. Bədbəxt hadisə Alpiyev kəndində baş verib. Mövlud üçün onu dəvət ediblər. O namaz üçün dəstəmaz alıb, sakinlərlə oturub dualar oxuyub və qəflətən ölüb. İnquşetiyada hamı onu ciddi, yumşaq xasiyyətli, eyni zamanda təmkinli biri kimi çox hörmətlə yad edilir.
Sənin soyun dünyanın sonuna kimi artacaq və bəşər durduqca Uca Allahın adını Həmd-səna ilə anacaqlar!
- Peyğəmbər Məhəmməd (s.ə.s) demiş ki, “Mənim üçün sizin qohumlarınıza bəslədiyiniz məhəbbətdən başqa mükafat yoxdur”. Bəs siz necə, öz növbənizdə bu sevgini hiss edir, duyursunuzmu?

- Bəli. Nəinki İnquşetiya başçısı Yunisbəy Evkurov tərəfindən, həmçinin, idarəetmə rəhbərləri tərəfindən də burada Məhəmməd Peyğəmbər (s.ə.s) əshabələrinə böyük qayğı və diqqət göstərilir. Bütün dini ayinlərə,

Qarşıdurmaların həllinə, məsləhətə, məşvərətə daim dəvət olunuruq. Mən özüm İnquşetiya rəhbərliyi tərəfindən təltif olunmuşam.

- İstənilən millətin təmsilçisi harada yaşaması seçimində azaddır. Bəs siz necə, burda yaşasanız da, öz doğma yurdunuzu ziyarət etmək istəyərdinizmi?

- Əlbəttə, öz əcdadını ziyarət etməyi kim istəməz ki? Mən də istəyirəm, lakin bunun üçün artıq çox yaşlıyam.

1900-cü ildə ilk dəfə babam Səudiyyə Ərəbistanından bura gələndə, bircə qohumumuz da bizi ziyarətə gəlmədi. Allahın iradəsi ilə 118 ildən sonra, 2018-ci ildə Səudiyyə Ərəbistanından babamın qohumu olan Akilovlar bizə gəldilər. Onlar 7 nəfər idilər. İçərilərində ən yaşlısı Seyid Abdulladır, hansı ki, Ciddə şəhərində yaşayır. O, islam elmləri doktorudur və Hz.Peyğəmbər (s.ə.s.) ailəsinin arxiv müdiridir. Bax, məhz bu Seyid Abdulla mənə Hz.Peyğəmbərimizin (s.ə.s.) birbaşa nəslinin nümayəndəsi vəsiqəsini təqdim edib.
Sənin soyun dünyanın sonuna kimi artacaq və bəşər durduqca Uca Allahın adını Həmd-səna ilə anacaqlar!
Sənin soyun dünyanın sonuna kimi artacaq və bəşər durduqca Uca Allahın adını Həmd-səna ilə anacaqlar!
“Xəbərfakt” İA Peyğəmbərimiz Hz.Muhəmməd (s.ə.s) soyundan olan, Çeçenistan Respublikası və İnquşetiyada yaşayan insanları Sizlərin görüşünə təqdim etmək ənənəsini davam etdirəcək.

Hazırladı: Elçin ŞÜKÜR

Şimali Qafqaz üzrə Büro rəhbəri