İranla Azərbaycan arasında olan fikir ayrılıqları danışıqlar yolu ilə həll edilməlidir.
Bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kenani deyib.
"Biz hesab edirik ki, iki ölkə arasında bəzi fikir ayrılıqları danışıqlar yolu ilə həll edilməlidir. Azərbaycan tərəfi bu istiqamətdə müsbət addımlar atıb. İran əvvəlki kimi bu istiqamətdə addımlar atır", - XİN sözçüsü bildirib.
Nasir Kenani Bakı ilə Tehran arasında münasibətlərin soyuq olması ilə bağlı iddiaları təkzib edərək, bəzi anlaşılmazlıqlara baxmayaraq, İranla Azərbaycan arasında münasibətlərin normal olduğunu qeyd edib.