Bakıda ev yanıb: FHN-in canlı qüvvə və texnikası cəlb edilib

.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-a verilən məlumata görə, hadisə Nəsimi rayonunun 3-cü Alatava yaşayış massivində baş verib.

Ərazidə bir mərtəbəli fərqi yaşayış evində qəfil yanğın baş verib.

Hadisə yerinə FHN-in canlı qüvvə və texnikaları cəlb edilib. Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.

Hadisə nəticəsində xəsarət alan yoxdur.