Xaçmazda 55 yaşlı kişi intihar edib

Xaçmaz rayonunda intihar faktı qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qusarçay kəndində baş verib.

1964-cü il təvəllüdlü Yusifov Şahbaba Məmmədşah oğlu yaşadığı evdə damarlarını kəsərək canına qəsd edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.