Rusiyanın “Rossya 24” telekanalının aparıcısı, azərbaycanlı jurnalist Nailə Əsgərzadə Moskva ətrafının dilbər guşəsi olan Rublyovkada 43 min kvadratmetrlik torpaq sahəsi alıb.
Rusiya KİV-lərinin verdiyi xəbərə görə, həmin ərazinin qiyməti 45 milyon dollar civarındadır. Sənədləşmədə həmin yerdə yaşayış evinin tikiləcəyi də nəzərdə tutulub.
Əsgərzadənin həmin ərazidəki qonşuları da nüfuzlu adamlardır. Onun bir qonşusu Rusiya baş nazirinin müavini Anton Siluanov, digər qonşusu isə müdafiə nazirinin müavini Ruslan Salikovdur.