Azərbaycanlı qadının ərindən dəhşətli "ölüm siyahısı"

Türkiyədə azərbaycanlı həyat yoldaşından ayrılan kişinin dəhşətli planı ortaya çıxıb.

AzBaku/info Sonxeber.az -a istinadən xəbər verir ki, Türkiyədə sosial verlişlərdən birinə qonaq olan ana 3 ay ara ilə oğlunun və onun dostunun yoxa çıxdığını iddia edib. Hadisə Dənizli şəhərinin Honaz qəsəbəsində baş verib.

İtkin düşən Soner Kızılırmak ailəsi onun F.B tərəfindən öldürüldüyünü açıqlayıb. Ailə üzvləri bildirib ki, F.B azərbaycanlı həyat yoldaşının danışdığı 8 kişini tapıb öldürmək üçün qanlı plan qurub. F.B-nın öldürmək üçün hədəflədiyi kişilər sırasında Murat Uğur Pınarbaşın və Soner Kızılırmak da var. Televiziyaya zəng vuran F.B-nın anası Nebahat.B oğlunun həyat yoldaşından ayrıldığını bildirib. O deyib ki, oğlu həyat yoldaşından ayrıldıqdan sonra psixoloji problemlər yaşayır. Ana oğlunun harda olduğunu bilmədiyini deyib.Daha sonra verlişə adını açıqlaman bir nəfər şəxs zəng vurub. O da F.B-nın "ölüm siyahı"sı hazırladığını və 8 nəfəri öldürmək istədiyini iddia edib.

Polis iddialar əsasında xüsusi əməliyyat qrupu yaradıb. Həmin qrup Hozan ərazisində bütün göllərdə və meşəlik ərazidə cəsədlərin axtarışlarını aparıblar. Onların axtarışları nəticəsində öldürüldüyü iddia edilən digər gənc Murat Uğur Pınarbaşın telefonu tapılıb.Polis itkin düşən Murat Uğur Pınarbaşın son dəfə F.B ilə görüldüyünü ortaya çıxıb.