Bakıda şadlıq evinin qarşısında kişini bıçaqladılar

Bakıda 48 yaşlı kişi bıçaqlanıb.


AzBaku.org-un məlumatına görə, hadisə dünən paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsində baş verib.

Belə ki, 1971-ci il təvəllüdlü Aslanov Alim Bulud oğlu ərazidə yerləşən "Dəniz" şadlıq evinin qarşısında naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona göbəyin sağ hissəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı cinayət işi başlanılıb.
oxu.az