Müəllimlər Günü Texniki-Humanitar liseydə hər şagirddən 20 manat yığılıb?

Ötən illərdə old
uğu kimi bu il də Beynəlxalq Müəllimlər Günü ilə bağlı məktəb müəllimləri və bağçaların tərbiyəçi müəllimləri üçün könüllü və məcburi şəkildə pul yığıldığı məlum olub.


Qlobal.az-ın əldə etdiyi məlumata görə Texniki-Humanitar liseydə əvvəlki illərdən fərqli olaraq, bu il pul yığımı açıq-aşkar formada aparılır. Belə ki, valideyn komitələri tərəfindən müəllimlər üçün könüllü olaraq pulun minimum 20 manatdan başladığı deyilir. Hər bir şagirdən yığılan 20 manatın yalnız lisey direktoru Səidə Zeynalovaya çatdığı qeyd olunur.

Sinif rəhbərləri üçün isə şagirdlərdən əlavə pul alındığı deyilir.

Məlumatda deyilir ki, ən azından 20 manat pul yığılan liseydə 1100 nəfərə yaxın şagird təhsil alır ki, bu da ümumilikdə iyirmi manatdan yuxarı vəsait deməkdir.

Xatırladaq ki, artıq bir neçə ildir ki, Təhsil Nazirliyi məktəblərdə Beynəlxalq Müəllimlər Günü münasibətilə şagirdlərdən pul yığılmasına qarşı mübarizə, bir sıra maarifləndirici tədbirlər aparır.

Hətta bu məqsədlə bəzi məktəblərdə xəbərdarlıq elanlarına da rast gəlinir.

Amma buna baxmayaraq məktəblərdə Müəllimlər Günü ilə bağlı yığılan pullar hər il daha açıq-aşkar formada aparılır.