"Zəngəzur dəhlizinin açılmasının hər kəsə faydası olacaq"
Zəngəzur dəhlizinin açılmasının, əlbəttə ki, hər kəsə faydası olacaq.
Bu fikirləri Türkiyə Böyük Millət Məclisinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.
“Bu dəhlizin açılması həm bölgə, eləcə də Ermənistanın özü üçün ciddi fayda vəd edir. Bu mənada biz Zəngəzur dəhlizinin açılmasını dəstəkləyirik” – o qeyd edib.