Sabirabadda yaşlı qadını avtomobil vuraraq öldürdü

Sabirabadda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Qalağayın kəndi ərazisində qeydə alınıb.

Sabirabad şəhər M. Rəsulzadə küçəsində yaşayan, 1956-cı il təvəllüdlü Abışova Zemfira Qurban qızını avtomobil vurub. Yaşlı qadın hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.