Dominikan Respublikasında 60 rusiyalı turistin olduğu avtobus yük maşını ilə toqquşub, daha sonra aşıb.
“Diario Libre” xəbər verir ki, qəza avtobusun hava limanına doğru hərəkət etdiyi zaman baş verib.
Hadisə nəticəsində uşaqlar da daxil olmaqla 20-dən çox insan yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.