Ərzaq mağazası ibadət evi oldu - VİDEO

Moskvada ibadət məkanları yetərli qədər olmadığından inanclı insanlar orijinal vasitəyə əl atıblar.

Moskvanın cənub şərqində yerləşən Zyablikov rayonunun dini icması bir zamanlar supermarket kimi fəaliyyət göstərən məkanı kirayələyərək, tikilini ibadət evinə çeviriblər.

Qeyri-adi məscid barədə görüntülər “Facebook” sosial şəbəkəsinin “Mash” səhifəsində yayımlanıb.

Tikilinin daxilində aparılan təmir-quruculuq işlərdən sonra buranın bir zamanlar ərzaq mağazası olduğunu xatırladan heç nə yoxdur