Sərnişin avtobusu dərəyə yuvarlandı: 24 ölü - VİDEO

İndoneziyada 24 nəfər yol-nəqliyyat hadisəsinin qurbanı olub.


REN TV xəbər verir ki, sərnişindaşıyan avtobus Cənubi Sumatra əyalətində dərəyə yuvarlanıb.

Vəfat edənlərdən başqa, daha 13 sərnişin ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Qəzanın başvermə səbəbləri araşdırılır.