r

Sabahın havası: Duman, şaxta, çiskin

Sabaha olan hava proqnozu açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 6-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-10° isti, Bakıda gecə 4-6° isti, gündüz 8-10° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək - 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90%, gündüz 60-70% olacaq.

Azərbaycanın rayonlarında yağmursuz olacaq. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 1-6° isti olacaq.

Yanvarın 6-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.