Azərbaycanda vəhşicəsinə yandırılan qızlar: Şamaxıda 16 yaşlı Yaqut, Tovuzda 10 yaşlı Nərmin...

2003-cü il noyabr ayının 7-si səhər tezdən bibim oğlunun telefon zəngi məni yuxudan oyatdı. Deyirdi ki, kəndimizdə 16 yaşlı Yaqut Ağamirzəyevanın yandırılmış meyiti öz həyətlərində tapılıb. Yuxlu olduğumdan əvvəl heç nə anlamamışdım.

Həmin vaxtlar “Space” TV-də işləyir, kriminal verilişlər hazırlayırdım.

Yaqut atamın əmisi nəvəsi idi. Bakıdakı qohum-əqrəba məndən xahiş etdi ki, get, maraqlan, öyrən gör qızı niyə öldürüblər? Kömək elə, qatil tapılsın.

Ən dəhşətlisi o idi ki, hadisə yerinə gələn Şamaxı Rayon Prokurorluğunun “savadlı və peşəkar” müstəntiqi heç bir tibbi məhkəmə ekspertizası təyin edilmədən qızın öldürülməsini intihar kimi qiymətləndirmişdi.

Və meyiti heç bir müayinə edilmədən dəfn etmişdilər. Mən dərhal baş prokurorluğun ərazi idarəetmə idarəsinin rəisinə zəng vurdum. Deyəsən, Məzahir idi adı, indi unutmuşam.

Dedi ki, bizə Zarat-Xeybəri kəndində kiminsə ölməsi haqqında məlumat daxil olmayıb. Mən də əsəblə ona dedim ki, müəllim, dana və ya inək ölməyib, qızı öldürüb, yandırıb, sonra basdırıblar.

Elə həmin günün səhəri yenə Baş Prokurorluqdan mənimlə əlaqə saxlayıb bildirdilər ki, şikayətimdən sonra, qızın meyitini çıxarıb ekshumasiya ediblər. Məlum olub ki, uşaq bakirədir.

Azərbaycanda vəhşicəsinə yandırılan qızlar: Şamaxıda 16 yaşlı Yaqut, Tovuzda 10 yaşlı Nərmin...


...Mən hadisə yerinə getdim. 40-45 evi olan kənddə hər kəs məndən qorxub gizlənirdi. Kimsə kameranın qarşısına çıxmağa cəsarət etmirdi. Hətta bibim, əmi uşaqları, yəni kəndimizdə olan bütün yaxın qohumlar məndən kənar qaçdı. Hətta kəndə gəldiyimə görə mənimlə dalaşanlar da oldu. Təkcə böyük bibim Mələknisədən başqa. O dedi ki, bala uşağı elə qonşular öldürüb, izi də itirmək istəyirlər. Min bir əzab-əziyyətlə, xüsusi jurnalist priyomları ilə birtəhər bir neçə kənd sakinini danışdıra bildim.

Mən kənddən Şamaxıya qayıtdım, Şamaxı rayon prokurorluğunda kimsə çıxıb verəcəyim sualları cavablandırmadı. Belə deyirdilər ki, MTN-də işləyən bir yaxın qohumumuz və kəndin bələdiyyə sədri uşağı öldürənlərdən pul alıb, Şamaxı prokurorluğuna verib işi bağlamaq istəyirlər. Ehtimala görə cinayətin törədilməsində qadın izi var idi. Belə düşünmüşdülər ki, kəndin qadınının türməyə getməsi biqeyrətlikdir.

Kənddən birbaşa “Space” TV-yə gəldim. Geniş veriliş hazırladım. Qızın qardaşı Samir Ağamirzəyevə zəng vurub dedim ki, səni Baş prokurorluqda gözləyirlər. Gəl, gedək Baş prokurorluğa, orada izahatını ver, şikayət elə ki, rayon prokurorluğu işinizə baxmır.

Oğlan mənə “Hə” desə də, prokurorluğa getməmişdi. Sonradan bildim ki, bacısının qatilini bilsə də açıb-ağartmayıb. Müəyyən pul məbləğində susmağa üstünlük verib.

Mən həmin dəhşətli cinayət hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası Prezident Admnistrasiyası Hüquq Mühafizə Orqanları ilə iş şöbəsinin rəisi (2003-cü il) Fuad Ələsgərova, MM-in deputatı Əli Hüseynə, Baş prokuror Zakir Qaralova dəfələrlə müraciət etsəm də, müraciətim cavabsız qaldı. (Həmin məktublarım indi də məndədir).

Azərbaycanda vəhşicəsinə yandırılan qızlar: Şamaxıda 16 yaşlı Yaqut, Tovuzda 10 yaşlı Nərmin...

Cinayət işini “İntihar-özünü öldürmə” maddəsi ilə tövsif edib, “cinayət tərkibi olmadığından” xitam verdilər. Beləcə, 16 yaşlı Yaqutu öldürənlər də cəzasız qaldı. Ancaq bu cinayətin şahidi olan, qonşuluqda yaşayan hər kəs Tanrıdan cəzalarını aldılar. Hamısının evinin içərisinə bəlalar daxil oldu, balaları pərən-pərən düşdü. Ailələr dağıldı. Hər kəs canından çəkdi. Elə adamlar var ki, bu gün də canlarından çəkirlər. Yaqutun qardaşı əvvəl varlandı, sonra isə tari- mar oldu yığdıqları.

İndi isə... Tovuzda öldürüən o balaca qızcığazın taleyi Yaqutun hadisəsini mənə bir daha xatırlatdı: “Yaqut Ağamirzəyeva kənddə anasının himayəsində yaşayırdı. Üç qardaşı isə Bakıda çörək pulu qazanmaq üçün fəhlə işləyirdi. Yaqutun anası Arifə Ağamirzəyevanın dediklərini olduğu kimi yenə də diqqətinizə çatdırıram: “Gecədən xeyli keçmişdi. Kəndddə toy tədarükü görülürdü. Mən də qonşu evdə qızlara kömək edirdim. Birdən ürəyim titrədi. Qonşu qızları göndərdim ki, Yaqutu evdə tək qoyub gəlmişəm, gedin onu da gətirin.

Azərbaycanda vəhşicəsinə yandırılan qızlar: Şamaxıda 16 yaşlı Yaqut, Tovuzda 10 yaşlı Nərmin...

Bir saatdan sonra qızlar qayıdıb gəldi, dedilər ki, Yaqut onları yola qədər ötürüb, amma bura gəlmək təklifini rədd edib. Gecə təxminən 12-1 radələrində evə qayıtdım. Baxdım ki, Yaqut evdə yoxdu. Həyətə çıxıb qonşulardan soruşdum. “Gördüm”- deyən olmadı. Gecənin qaranlığında başladım həyəti axtarmağa. Tövləyə baş çəkdim. Qızımı yanmış şəkildə yerdə uzanılı gördüm. Qolları qıc olub qalmışdı. Üzü yanmışdı”


3
Azərbaycanda vəhşicəsinə yandırılan qızlar: Şamaxıda 16 yaşlı Yaqut, Tovuzda 10 yaşlı Nərmin...

Hadisə yerinə gələn Şamaxı rayonu prokurorluğunu Üzeyir Hacıyev adlı müstəntiqi Yaqutun ölümünü intihar kimi qeydə almış və sonradan cinayət işi xətm olunmuşdu. (Oxucuların diqqətinə bir daha çatdırıram ki, bu hadisə 2003-cü il noyabr ayının 6-dan 7-nə keçən gecə baş verib)

Lakin dərinə gedib, üç gün kənddə qalıb, axtarsaydı, qatili elə kənddə tapacaqdı. Kasıb bir ailənin ölmüş qızının qatili onun nəyinə lazım idi. Soyuq qış günündə bu kəndddə nə iti azmışdı ki?

Kənddə qızın meyitini yuyan və dəfn edənlərlə də söhbət etdim. Onlar dedi ki, qızın əlləri yanmamışdı. Sonradan baş prokurorluqdakı hörmətli Məzahir müəllimin iştirakı ilə hadisə yerindən çəkilən şəkillərə də baxdım. (Həmin prokuroru hər zaman hörmətlə yad edirəm. O çox vicdanlı adam idi. Lakin böyük oyunların qarşısında o heç nə edə bilməzdi). Və hazırladığım süjetdə belə suallar qoydum:

4
Azərbaycanda vəhşicəsinə yandırılan qızlar: Şamaxıda 16 yaşlı Yaqut, Tovuzda 10 yaşlı Nərmin...

.Yaqut Ağamirzəyeva boğulub, sonra da yandırılmışdı. Əgər Yaqut intihar edibsə, o zaman özünü necə yandırıb?!

2.Onun aldığı yanıq xəsarətləri elə idi ki, bu xəsarətdən adam ölə bilməzdi.

3. Və yaxud Yaqut lap elə götürək ki, özünü yandırıb, hamımız bilirik ki, əlimiz yananda ağzımıza təpirik. Əgər Yaqut lap özünü yandırsaydı belə , alovun təsirindən özünü ora-bura çırpar, qonum-qonşunu haraya çağırar və ya ən azı əlləri ilə öz bədəninin alovunu söndürməyə çalışardı. Çünki Yaqutun əllərində heç bir yanıq xəsarəti yox idi.

5.Yaqut yandırılan yerə baxış keçirəndə isə lap məəttəl qaldım. Burada quru ot tayası var idi. Amma bir ot belə yanmamışdı. Tövlədə bir balaca da olsa his, yanğın izi gözə dəymirdi. 16 yaşlı biçarənin yandığı yerdə isə heç bir yanıq izi yox idi. Bədənindən başqa. Məlum olurdu ki, qızı boğub, yandırıb, sonra gətirib buraya atıblar.

6.Qonşuların bəzisizini danışdırıb gecə Yaqutun harayını eşidib-eşitmədiklərini soruşdum. Dedilər ki, eşitməyiblər. Eyni sualı bir də təkrar edib, anası Arifənin harayını eşiditdib-eşitmədiklərini soruşdum. Arifənin səsini eşitdiklərini dedilər. Yaxşı o zaman bu necə olur?! Öldürülən yanan adam daha bərk çığırmalıdır, çünki yanan onun candır. Ananı eşidirlər, qızı eşitmirlər?!

7. O zaman mərhumun qardaşı Samir Ağamirzəyevi isə istintaqı materialları ilə tanış olmağa belə qoymadılar. Hətta qızın meyitinin eksqumasiyasını da qohumlarının iştirakı olmadan apardılar.



Azərbaycanda vəhşicəsinə yandırılan qızlar: Şamaxıda 16 yaşlı Yaqut, Tovuzda 10 yaşlı Nərmin...

O gün-bu gün Yaqut Ağamirzəyevanın qatilləri tapılmadı. Mənim ehtimalıma görə isə Yaqutu boğub- öldürüb, sonra üzünü yandırmışdılar. Belə fərziyyə isə adətən kənd yerlərində, köhnə zəmanənin adamlarının nəql etdikləri nağıllardan qaynaqlanırdı. “Kimisə öldürəndə caninin şəkli ölənin gözlərində qalır”.

Qrup halında birləşib cinayət törədən qohum-əqrabalar (bu kənddə hamı bir-bri ilə qohumdur) qızın üzünü ona görə yandırmışdılar ki, öldürən adamların şəkli meyidin gözünə düşməsin. Çinayətin izi itsin deyə. (?).

O vaxtdan 17 il keçir. Mən isə həmişə Xeybəri kəndinə gedəndə Yaqutgilin boş qalmış həyətlərinə baxıb düşünürəm ki, talesiz qızın nigaran ruhu bu həyətdə və bu kənddə dolaşır. Çünki qatilləri bu gün də cəzasızdırlar.

Bu cinayəti niyə xatırladım?!

Tovuzun Dondar Quşçu kəndində baş verən cinayət mənə bəxtsiz Yaqutu xatırlatdı. Yaqut da yetim idi, Nərmin kimi kasıb idi. Əgər vaxtında Tovuzun operativ əməliyyat qrupu işə keçsəydi, üç gün içərisində qatili tapa bilərdilər. O qızı kənddən uzağa aparmayıblarmış. Hamımız bilirik ki, kəndlərdə bir qonşu o biri qonşunun toyuğuna, inəyinə daş atanda icra nümayəndəsi, polis işçiləri, təhqiqatçılar tökülüşüb gəlirlər.

Daş atan kəndçinin evində olan bütün inəklərini satdırmamış, ondan əl çəkmirlər. İndi nədən bu balaca yavrunun axtarılmasını 45 gün ləngitdiniz? Nədən gecə gündüz o kəndin, qonşu kəndin tövlələrini, qarajlarını, zirzəmilərini, evlərini axtarmadınız?

Azərbaycanda vəhşicəsinə yandırılan qızlar: Şamaxıda 16 yaşlı Yaqut, Tovuzda 10 yaşlı Nərmin...
Azərbaycanda vəhşicəsinə yandırılan qızlar: Şamaxıda 16 yaşlı Yaqut, Tovuzda 10 yaşlı Nərmin...
Azərbaycanda vəhşicəsinə yandırılan qızlar: Şamaxıda 16 yaşlı Yaqut, Tovuzda 10 yaşlı Nərmin...
Azərbaycanda vəhşicəsinə yandırılan qızlar: Şamaxıda 16 yaşlı Yaqut, Tovuzda 10 yaşlı Nərmin...