Konsertdən qayıdan musiqiçiləri yandırıb, yük maşınına yığdılar

Yolun kənarında dərəyə atılmış yük maşınından 10 nəfərin yanmış meyiti tapılıb. Hadisə Meksikanın cənub-qərbindəki Çilapa de Alvarez bölgəsində qeydə alınıb.

TASS-ın məlumatına görə, bu barədə “Televisia” region prokurorluğuna istinadən xəbər yayıb.

Bildirilir ki, qurbanlar yerli “Sensation” musiqi qrupunun heyəti olub.
Konsertdən qayıdan musiqiçiləri yandırıb, yük maşınına yığdılar