Cəsədlərin hamısı tapıldı - Axtarış başa çatdı

Cəsədlərin hamısı tapıldı - Axtarış başa çatdı

Rusiyanın Kamçatka yarımadasında qəzaya uğramış Mi-8 helikopterinin göyərtəsində bütün şəxslərin cəsədləri tapılıb.

Bu barədə məlumatı Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti yayıb.

“Xilasedicilər 22 nəfərin cansız bədənlərini aşkarlayıb. Onlardan 19-u turist, 3-ü ekipaj üzvüdür”, - məlumatda deyilir.

Rusiya FHN axtarışların başa çatdığını açıqlayıb. 

Xatırladaq ki, avqustun 31-də yoxa çıxmış helikopter Vaçkajets vulkanı-Nikolayevka kəndi marşrutu üzrə hərəkət edirdi.