Qoca sifətli yeniyetmə əməliyyatdan sonra gözəlliyi ilə hamını təəcübləndirdi – FOTO/VİDEO

Çinin Lyaonin şəhərinin 15 yaşlı sakini Syao Fen nadir və müalicə olunmayan progeriya xəstəliyindən əziyyət çəkir.

“Asia One” xəbər verir ki, bu xəstəlik genetikdir və qızın anasında da təsbit edilib.

Bu xəstəlik orqanizmin vaxtından öncə qocalmasına gətirib çıxarır
Məhz bu səbəbdən 15 yaşlı yeniyetmə qoca qarı sifətinə malik idi.

Məktəbdə həmyaşıdlarınınmənfi münasibəti səbəbindən qız dərsləri buraxmağa başlayır.

Depressiyaya düşən yeniyetmə sonda plastik əməliyyat üçün pul yığmaq qərarına gəlir.

Syao Fen bu xahişlə yerli filantrop Qo Minyiyə müraciət edir.

Onun və başqa insanların yardımı ilə qız qısa müddətdə əməliyyat üçün lazım olan məbləği yığır.

Yeddi saatdan çox davam edən əməliyyatın nəticələri həm qızın özünü, həm də onu görənləri şoka salır.

Syao Fen qoca qarıdan gözəl gənc qıza dönür.

Əməliyyatdan sonra özünü ilk dəfə güzgüdə görən qız sevinc göz yaşlarına hakim ola bilmir.