Azərbaycan İqtisadiyyat nazirinə yeni müavin təyin olunub.
Azərbaycan Prezidentinin sərəncamı ilə bu vəzifəyə Rövşən Nəcəf təyin olunub.
Qeyd edək ki, R.Nəcəf 2019-cu ilin sentyabrında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edilmişdi.
Məlumata görə, R.Nəcəf bundan öncə Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri olub. O, 2018-ci ilə qədər “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru vəzifəsində çalışıb.