Rusiyanın Sankt-Peterburq şəhərində yol-nəqliyyatı hadisəsindən sonra avtomobillərdən biri yol kənarında dayanan piyadaya tərəf hərəkət edib.
REN TV məlumat verir ki, hadisə ərazidə olan müşahidə kameraları tərəfindən qeydə alınıb.
“Jiquli” və “Nissan” avtomobillərinin yol ayrıcında toqquşmasından sonra maşınlardan birinin ona doğru hərəkət ediyini görən qadın özünü itirməyib və zamanında kənara çəkilməklə ölümdən xilas olub.