“Yuventus” klubu özünün “Twitter” hesabında İtaliya A seriyasının 24-cü turunun “Breşiya”ya qarşı matçında çıxış edəcək heyəti açıqlayıb.
Maraqlıdır ki, portuqaliyalı ulduz Kriştianu Ronaldunun adı siyahıya düşməyib.
Matç bu gün Turindəki “Alyans” stadionunda Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, “Yuventus” 54 xal toplayaraq İtaliya A Seriyasının yarış cədvəlində 2-ci yerdə qərarlaşıb.