Sürücüdən örnək davranış: Əlil sərnişini qucağında avtobusa mindirdi - VİDEO

Avtobus sürücüsü əlil gənci avtobusa qucağında mindirib. “HaberGlobal”ın verdiyi məlumata görə, baş verənlər avtobusa quraşdırılan kameralar tərəfindən qeydə alınıb.

Hadisə Türkiyənin Bingöl vilayətində baş verib. Sürücü Mahmut Çökük dayanacaqda duran əlil gəncin yeriməkdə əziyyət çəkdiyini görəndə, avtobusdan düşərək onu qucağına alıb, ictimai nəqliyyata mindirib, sonra isə yoluna davam edib.

Sosial şəbəkədə yayımlanan bu kadrlar istifadəçilər tərəfindən böyük rəğbətlə qarşılanıb.