Dünya möcüzəsinə baxmağa gedən turist həyatını itirdi

İordaniyada yerləşən qədim şəhər qalıqlarını seyr etməyə gedən italiyalı turist həyatını itirdi.

“The Mirror” xəbər verir ki, dünya möcüzələrinin yeni siyahısına daxil edilmiş qədim Petra şəhərində gəzişən turistin başına daş düşüb.
Nəticədə 32 yaşlı turist yerindəcə keçinib.

Qeyd edək ki, məşhur “İndiana Cons və sonuncu səlib yürüşü” filminin çəkilişləri Petra şəhərində baş tutub.