Bakıda qadın evdə bıçaq xəsarətləri alıb

Paytaxtın Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Oxu.az-ın məlumatına əsasən, hadisə Nəsirəddin Tusi küçəsi 29 ünvanında qeydə alınıb.

1972-ci il təvəllüdlü Gözəlova Səhranə Ruhulla qızı evdə naməlum şəraitdə bıçaq xəsarətləri alıb.

Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı Xətai Rayon Polis İdarəsində araşdırılır.