İranla sərhəddə koronavirus profilaktikası: Keçid dayandırıldı

Astara Gömrük Postundan İrana keçid dayandırılıb.

Cənub Ərazi Baş Gömrük İdarəsindən “Report”un Cənub bürosuna verilən məlumata görə, bu, müvəqqəti və profilaktik xarakterlidir.

Bildirilir ki, gömrük postunda təxminən 1 saat müddətində havalandırma və dezinfeksiya işləri aparılır. Proses gündə bir dəfə həyata keçiriləcək.