Astronomlar yaşayış üçün yararlı ekzoplanet aşkar etdilər

Astronomlar Günəş sisteminin xaricində yaşayış üçün yararlı planet aşkar ediblər.

“Astrophysical Journal Letters” xəbər verir ki, alimlər K2-18b planetinin bütün mümkün parametrlərini təhlil edərək onun insan yaşayışı üçün yararlı olduğunu müəyyən ediblər.

Həmçinin alimlər bu planetdə su buxarı və hidrogen tapıblar.

Onların fikrincə planetin temperaturu və orada olan okeanın səthindəki təzyiq insan üçün uyğundur.

Qeyd etmək lazımdır ki, K2-18b planeti “Aslan” ülkərində yerləşən qırmızı cırtdan ulduzun ətrafında fırlanır.

Bizi bu planetdən 124 işıq ili ayırır.