İran İslam Respublikasının dövlət bayrağı altında üzən gəmilərin Azərbaycan Respublikasının limanlarına girişinə müvəqqəti olaraq məhdudiyyət qoyulub.
Bu barədə Oxu.Az-a Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov məlumat verib.
Məlumata görə, koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə görülən qabaqlayıcı tədbirlər çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi tərəfindən İran İslam Respublikasının dövlət bayrağı altında üzən gəmilərin Azərbaycan Respublikasının limanlarına girişinə müvəqqəti olaraq məhdudiyyət qoyulur.
Dövlət Dəniz Agentliyi tərəfindən bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi və lazımı tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır.