Ağsuda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub

Ağsu səhərinin mərkəzində Heydər parkında Ümummilli Liderin abidəsi ziyarət olunub, önünə çiçəklər düzülüb.
Mədəniyyət sarayında keçirilən təntənəli yığıncaqda rayon icra hakimiyyətinin başçısı Vahid Tağıyev idmançıları təbrik edib, Azərbaycanda idmanın inkişafından danışıb. Ölkəmizdə Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd edilməsinin təsadüfi olmadığını vurğulayan Vahid Tağıyev 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyevin Bakı İdman Sarayında dünya və Avropa olimpiadalarının qalibləri və mükafatçıları ilə görüşdüyünü, İdman Fondunu təsis etdiyini diqqətə çatdırıb.
Təntənəli yığıncaqda Ağsu rayonunda idmanın inkişafı ilə əlaqədar görülən işlərdən də ətraflı danışılıb. Vurğulanıb ki, dövlət başçısının iştirakı ilə 2011-ci il oktyabrın 30-da 3000 yerlik Ağsu şəhər stadionu, 2015-ci il sentyabrın 17-də Ağsu İdman Kompleksi və yenidənqurma işlərindən sonra Ağsu Şahmat Məktəbinin açılış mərasimləri olub.
Sonra cənab Vahid Tağıyev Ağsu rayonunda idman sahəsində öndə olan insanları fəxri diplomla mükafatlandırıb.
İlk mükafat alanlardan və tribunaya çıxış edənlərdən biri Ağsu idman kompleksinin rəhbəri Elnur Tahir oğlu Alıyev oldu .
Elnur Aliyev ilk öncə gələn qonaqları salamlayaraq cənab prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyeva idmana olan diqqətindən danışıb. Elnur müəllim cənab prezident İlham Əliyevin siyasətini alqisladigini və Ağsu Idman kompleksində gələcəyə əsgər yetisdiryini və təbii ki,özünün və tələbələrinin ali baş komandanı əsgərləri olduğunu vurğulayıb.
Elnur müəllim Ağsu rayonunda idmanın sahəsinə qara piar salmaq istəyən insanlarda 7 yaşlı çempionun mənfur düşmənlərimizin üzərində qələbəsini vurğulayıb və bu çıxışdan sonra isə bütün zal ən gənc çempionları ayaq üstə alqışlayıb.Elnur Alıyev bu bayramı həm də hesab günü kimi qeyd edib il ərzində olan uğurları barədə məlumat verdi.
Təkcə ötən il ağsulu idmançılar müxtəlif yarışlarda 297 medal qazanıblar. Taekvondo, boks, sərbəst güləş, cüdo və kikboksinq idman növləri üzrə ölkədaxili yarışlarda 88 qızıl, 61 gümüş və 90 bürünc medal, beynəlxalq yarışlarda isə 25 qızıl, 16 gümüş, 17 bürünc medal əldə olunub..
Elnur Aliyev sonda biz on ildə keçsə belə böyük zallari doldurmağa gücə sahibik.Sözdə yox ishimiz ilə subut edirik gücümüzü.
Biz ali baş komandanı cənab İlham Əliyevin əsgerleriyik deyərək sonlandirdi.
Tədbirdə beynəlxalq və respublika yarışlarında uğurlu nəticələr qazanan idmançılara diplom və fəxri fərmanlar verilib.

Ağsuda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub

Ağsuda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub

Ağsuda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub


Ağsuda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub

Ağsuda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub