Azərbaycan və Gürcüstan Hökumətləri arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq edilib


“Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.
AzBaku.org xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qanun imzalayıb.

Qanuna əsasən, 2023-cü il aprelin 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.