Bakıda ət mağazasında siçanlar “at oynadır” - VİDEO

Bakıda ət mağazasında ürəkbulandıran mənzərəni əks etdirən görüntülər redaksiyamıza göndərilib.

Oxu.Az-a daxil olan məlumata görə, görüntülər Xətai rayonu, Əhmədli qəsəbəsi, Neapol dairəsi yaxınlığındakı ət mağazalarında qeydə alınıb.
Görüntülərdən bəlli olur ki, kəsilmiş və mağazanın ortasında qalan ət parçalarına siçanlar daraşıb.