"Koronavirus tezliklə yox olacaq" - Nobel mükafatçısı alimdən xoş xəbər

"Çində koronavirusa yoluxma hallarının azalması onu göstərir ki, bu ölkədə mart ayının sonunda virus yoxa çıxacaq".

AzBaku.org xəbər verir ki, bunu İsrail əsilli, Nobel mükafatçısı məşhur amerikalı biofizik alim Maykl Levitt deyib.

Onun sözlərinə görə, Çində vəziyyətin düzəlməsi pandemiyanın tezliklə aradan qalxacağına ümidləri artırır. Bu mənada məşhur alim koronavirusun tezliklə yox olacağına inandığını söyləyib.

Qeyd edək ki, Mayk Levitt 2013-cü ildə kimya üzrə Nobel mükafatı alan üç alimdən biridir. O, bundan öncə fevral ayında Çində virusun təsirinin yoxa çıxacağını bəyan etməklə gündəmə gəlmişdi.
Metbuat.az