ABŞ-ın Missisoqe şəhərində (Ontario ştatı) lentə alınan kadrlar bir çox insanı dəhşətli dərəcədə qorxudub.
“New York Post” xəbər verir ki, kadrlarda yerli çayda qırmızı suların axmasını görmək olar.
Bu mənzərə ilə qarşılaşan insanlar dünyanın sonunun yaxın olduğunu düşünüblər.
Lakin bir müddət sonra bu hadisənin fövqəltəbii bir şey olmadığı müəyyən edilib.
Məlumata əsasən, yaxınlıqda yerləşən fabrikdə baş verən qəza nəticəsində təxminən 400 litr mürəkkəb çaya tökülüb.
Ekoloqlar artıq suyun təmizlənməsi ilə məşğul olurlar.