Füzulidə 54 yaşlı qadın cərəyan vurması nəticəsində ölüb


Şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə Azbaku.org-yə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, noyabrın 29-da Füzuli rayon sakini, 1969-cu il təvəllüdlü Zibeydə Mirzəyeva evinin həyətyanı sahəsində yerləşən transformatorun izolyasiya məntəqəsindən toyuq yumurtalarını götürərkən elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.