Çində Tszinan-Quançjou reysi ilə hərəkət edən sərnişin qatarının relslərdən çıxması nəticəsində 120 nəfər xəsarət alıb.
Bu barədə TASS yerli KİV-ə istinadla məlumat yayıb.
Hadisə nəticəsində azı bir nəfər həlak olub.
İlkin məlumatlara görə, qəzanın səbəbi uzunmüddətli leysan yağışından sonra ərazidə meydana gələn torpaq sürüşməsidir.