RUS-ERMƏNİ BİRLİYİNƏ QARŞI 5 MİLYONLUQ TÜRK ORDUSU! – “Turan Ordusu” savaşa hazırlanır…
Turan Partiyası ikinci Qrabağ müharibəsi başlayarsa, Rusiyanın ermənilərə dəstək verəcəyi haqda son vaxtlar səslənən fikirlərlə bağlı bəyanat yayıb.
Suveren.az xəbər verir ki, bəyanatda bildirilir:
“Əziz soydaşlar!
Sınır bölgələrində savaş bitsə də, Ankara, Moskva, Tehran, Vaşinqiton, London, İrəvan və Bakı cəbhəsində savaş bitməyib, daha da şiddətlənməkdədir. Bu savaşda son sözü uca Türk Milləti deyəcək.
Rusiya adlanan tarixi Türk yurdlarında yaşayan sevgili Türk millətinin övladları, müsəlman qardaşlarımız - Saklar, Tuvalılar, Hakaslar, Altaylılar, Buryatlar, Mardivinlər, Udmurtlar, Noqaylar, Karaçaylar, Balkarlar, Kumuklar, ləzgilər, Avarlar, Darqinler, Çeçenlər, İnquşlar, Osetinlər, Çərkəzlər, Kazaklar, Çuvaşlar, Başkurtlar, Tatarlar bu gün “Azərbaycan!” deyir .
Təbriz mərkəzli Azərbaycanımızın bütün şəhərləri “Azərbaycan!” deyir.
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan “Azərbaycan!” deyir.
Dünyanın bütün şəhərlərində Türk diasporası “Azərbaycan!” deyir.
Türkiyə başdan-başa “Can Azərbaycan!” deyir.
Bu gün bütün dünya Türkləri savaş üçün könüllü olaraq Azərbaycana gəlmək istəyir. Bu haqda çoxsaylı yazılar almaqdayıq. Özəlliklə Rusiya və Mərkəzi Asiya Türkləri savaşmaq üçün təşkilati işlərə başladıqlarını deyir.
Turan Partiyası olaraq, kutlu savaş günü, Ali baş komandanın əmr verdiyi gün Silahlı Quvvələrimizin yan quruluşu olaraq dünya Türklərinin savaş üçün hazır olmasına çalışacağıq. Bu haqda danışıqlarımız davam etməkdədir. Savaş başlandığı an dünya Türklərindən 5 milyon könüllünün savaşacağı gözlənilir”./Suveren.az/