Moskvanın Təcili Yardım Xidmətinin baş həkim müavini koronavirusa yoluxdu

Rusiyanın paytaxtı Moskva şəhərinin Təcili Yardım Xidmətinin baş həkim müavini koronavirusa yoluxub. 43 yaşlı Dmitri Qavrilov COVID-19 testinin müsbət nəticəsindən sonra xəstəxanaya yatırılıb.

Rusiyada həkimlər bu analizi tez-tez verirlər.

Qavrilov xəstələrlə ünsiyyətdən sonra özünü pis hiss edib, zəifləyib, öskürək başlayıb.

Hazırda o, səhhətindən şikayətçi olmadığını, özünü yaxşı hiss etdiyini bildirir.