Xoşqədəm cinlər olan evə kamera yerləşdirdi - VİDEO

Ötən həftə Göyçaydan olan ailə evlərində ruhların dolaşdığını iddia edib.

AzBaku.info GoldNews.az-a istinadla xəbər verir ki, Xəzər TV-də yayımlanan "Səni axtarıram" verilişi vasitəsi ilə sözügedən evə kameralar quraşdırılıb. Kameranın səhər saatlarında qeydə aldığı görüntülər isə hər kəsi təəccübləndirib. Belə ki, bədəninə cin girdiyini deyən qadın qəflətən yerə yıxılaraq sürünməyə başlayıb və bu hadisə təqribən iki saata yaxın davam edib. Problemin həlli üçün ev sahiblərinə psixoloji yardım göstərilməsinə qərar verilib.

Qeyd edək ki, ötən həftə evin gəlini evdə 3 meyit gördüyünü və bundan sonra qəribə səslər eşitdiyini iddia edib. Evdəki azyaşlı körpənin barmağı isə müəmmalı şəkildə kəsilib.

Ev sahibəsi bildirib ki, evdə gördüyü 3 meyit ana və iki uşağına məxsusdur.

"Bacımı evdə sürüyürdülər. Evdə dəhşətli hadisələr baş verir. Uşağın barmağını necə kəsiblər bilinmir".

Həmin evdən sözügedən kadrları sizə təqdim edirik: