İnsan təhlükəsizliyi daha öndə olmalıdır
Bakı-Ələt yolunda günün qaranlıq saatlarında işıqların söndürülməsi ilə bağlı redaksiyamıza video göndərilib. Avtosfer.az-ın məlumatına görə həmin yoldan istifadə edən bir neçə sürücü bu xəbəri təsdiqləyib. Görüntülər aprelin 5-i qeydə alınıb.
Karantin rejimi ilə bağlı yolda avtomobil sayının az olmasına görə Bakı-Ələt yolu, o cümlədən Bakı-Dairəvi yolunda işıqları söndürərək qənaət edirlər. Təbii ki, bu yanlış addımdır. İnsan həyatı, insan təhlükəsizliyi heç bir şeylə əvəz oluna bilməz!