Bu gün Türkiyədə koronavirusdan daha 75 nəfər ölüb

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) daha 75 nəfər ölüb.


Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabında məlumat paylaşıb.

Məlumatda bildirilir ki, son sutka ərzində 3148 nəfərin test nəticələri pozitiv çıxıb.

Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 30 217-yə çatıb. Bu pandemiyadan vəfat edənlərin ümumi sayı isə 649 nəfərdir.