Azərbaycana qarşı Gürcüstan sərhədində edilən hörmətsizlik - Qanun tanımayan qonşu GÖMRÜK keçid əməkdaşları

Azərbaycan torpaqlarına gəlməli olan yüklərin gürcüstan sərhədində 10 gündür saxlanılmaqdadır. Gürcüstan - Azərbaycan sərhəddində yaşanan bu olayın əsil mahiyyəti bəli olmasada qeyri rəsmi olaraq Azərbaycana daxil olan malların qanunsuz olaraq 10 gündən artıq müddətdir ki, yoxlanılması adı ilə saxlanılır. Bu barədə etibarlı mənbələrdən Azbaku.info-ya daxil olan məlumatda qeyd edilir ki, 10 gündür heç bir yoxlama aparmayan gömrükçülər qanunsuz olaraq tranzit keçid etməli olan yükləri Gürcüstan gömrüyündə saxlanılır.

Türkiyədən Azərbaycana TRANZİT olaraq gəlməli olan yüklər qeri rəsmi tapşırıqlar əsasında Gürcüstan torpaqlarında saxlanılaraq Azərbaycana girişinə imkan yaradılmamaqdadır. Beləki, Gürcüstan tərəfindən yoxladıqdan sonra buraxılacaqları deyilməsinə baxmayaraq sürücülər 10 gündür ki gömrükdə yatmaq məcburiyyətində qalıblar. Hər bir dövlətdə olduğu kimi Gürcüstan höküməti də GÖMRÜK qanunlarına tabe olmaq məcburiyyətində olduğu halda buna əməl etməməkdədir. Qanunla 48 saat ərzində yük yoxlanıldıqdan dərhal sonra gedəcəyi istiqamət yönündə irələməsinə şərait yaradılması nəzərdə tutulub. Amma qanunda bu 48 saat göstərilməsinə baxmayaraq Gürcüstan gömrüyü Azərbaycana gəlməli olan yük TIRlarını 10 gündür baxış keçirmədən öz torpaqlarında saxlamaqdadır.

Mövzuya qayıdacağıq