Bakı şəhəri Nərimanov rayonunda yerləşən Arif Vəliyev adına 258 saylı tam orta məktəbin 1a sağlam təhsil sinfi sinif rəhbərləri Şəhla Cəfərovanın təşəbbüsü ilə #evdəqal aksiyasına qoşulublar.
Maraqlı və maarifləndici video təqdim edilib.Məqsəd şagirdlərin bu günlərdə elm və təhsildən uzaq qalmaması və xoş əhval-ruhiyyədə qalmaları olmuşdur.Xatırladaq ki,Şəhla Cəfərova hər gün şagirdləri ilə online dərslərini davam etdirir.Bütün şagirdlər böyük maraqla bu dərslərdə iştirak edirlər.Uşaqlar dərslərindən geri qalmır,hətta,məktəblərin olmamasını hiss etmirlər.Bütün bu işlər üçün 1a sinfi müəllimləri Şəhla Cəfərovaya təşəkkür edirlər.