Çinin Baş epidemioloqu Çjun Nanşan ölkəsində koronavirusun ikinci dalğasının mümkünlüyü ilə bağlı çıxış edib.
Bu barədə RİA məlumat yayıb.
Nanşanın sözlərinə görə, hazırda koronavirusun başqa ölkələrdə yayılma miqyasına görə onun ikinci dalğasını gözləməyə əsas vermir. Həmçinin Çinin sərt profilaktik tədbirləri də ehtimalı imkansız edir.
Nanşan qeyd edib ki, yerli əhali tibbi maska taxır və sosial məsafəyə riayət edir. Koronavirusun ilkin simptomları müşahidə olunan kimi xəstə tez təcrid edilir.
Baş epidemioloq deyib:
“Risk, əlbəttə, həmişə var. Lakin Çində ikinci irimiqyaslı dalğanın yayılma ehtimalı çox azdır”.