Azərbaycanda istər müharibə əlilləri, istərsə də fiziki qüsurlu əlillərərlə bağlı xüsusi dövlət proqramı var. Bu layihələr və bu sahədə görülən işlərlə bağlı müsbət mənada müxtəlif məlumatlar yayaılsa da əslində həqiqət fərqlidir. Bir çox yeni binaların tikintisi əlillər və müharibə veteranları üçün nəzərdə tutulsada, tikilən evlər başqa vətəndaşlara satılır. Bu isə dövlətin apardığı sosial siyasəti kölgədə qoyur,kimlərsə öz şəxsi maraqlarını ortaya qoyaraq şəxsi məfəətini güdür, dövlətin apardığı siyasətə xəyanət edir.
Həmin məmurlar hətta ölkə başçısını belə aldadır. Açılış və təqdimetmə zamanı əlil və şəhid ailələrinə ev verilməsi təqdim edilsə də, bu formal xarakter daşıyır. Təşkilatçılar ölkə başçısına və vitse-prezidentə əlil və şəhid ailələlərinə tikilən mənzilləri təmtaraqla təqdim etdikdən sonar öz məkirli siyasətlərini həyata keçirirlər. Onlar əlillərin və müharibə vetereranları üçün tikilmiş mənzilləri sonradan pul qarşılığında digər vətəndaşlara satırlar.
Daxil olan məlumata görə, Xətai rayonu, N.Tusi küçəsi-63 (Neapol və Ukrayna dairələrinin kəsişməsi) ünvanda 1.7 ha sahədə əlillər üçün “Amal 2015”MMC tərəfindən tikilən 2 ədəd 1 girişli 15 mərtəbəli binalarda da vəziyyət eynidir. Burada tikilən mənzillər əlillər üçün nəzərdə tutulsa da rüşvət müqabilində başqa şəxslərə satılır. Həqiqətlər isə eks nazir Səlim Müslümovun yaxın adamları tərəfindən gizlədilməsi üçün səylər göstərilməkdədir. Bir neçə müddətdir ki, S.Müslümov fəaliyyəti dövründə törətdiyi əmələri ifşa edilməkdədir. Bu fsaktların dərc edilməsindən sonra eks nazirin yaxın adamları onun təriflənməsi üçün böyük girişə malik olan saytlar vasitəsi ilə tərif edilməsini təmin etməyə çalışmaqdadırlar. Görünən dağa bələdçi gərək olmadığı üçün isə Müslümovu tərifləmək istəyən jurnalist tapmaq müşkül məsələ olub.
Əlillər isə hüquqlarından məhrum edilir. Bu isə əlilləri haqlı olataq narazı salır. Dövlət büdcəsindən əlillərin sosial müdafiəsinin yaxşılaşdırılması üçün dövlət büdcəsindən ayrılan vəsaitin mənimsənilməsi, əlillər üçün tikilən evlərin konkret əlillərə verilməməsi təxribatdan başqa bir şey deyildir.
Ümid edirik ki, aidiyyatı qurumlar məsləyə müdaxilə edərək, məslənin araşdırması, əlillərin hüquqlarının bərpa olunması və bu yöndə təxribat törədən şəxslərin cəzalanması üçün göstəriş verəcəklər. Yeni nazirin məsələyə şəxsən müdaxilə edərək “Amal 2015” MMC-nin əlillərə tikdiyi mənzilərin ehtiyac sahiblərinə veriləcəyidə etibarlı mənbələrdən qeyd edilməkdədir.
mənbə: Cianews.info