Azərbaycanda koronavirusa yoluxan həkimlərin sayı açıqlandı - RƏSMİ

“Azərbaycanda cəmi altı həkimdə virusa yoluxma halı qeydə alınıb”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, Cəlilabad Xəstəxanasında 10 həkimin koronavirusa yoluxması ilə bağlı xəbərlər həqiqətə uyğun deyil:

“Həmin xəstəxanada bir həkim və bir tibb işçisi virusa yoluxmuşdu”.

Sədr qeyd edib ki, başqa bir xəstəxanada isə təsərrüfat işçisinin virusa yoluxması müəyyən edilib:

“Həmin şəxs karantinə götürülüb”.