Azərbaycan Premyer Liqasında XXXIII tura bu gün yekun vurulacaq


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII tura yekun vurulacaq.
Sonuncu matçda "Səbail" "Qəbələ"ni qəbul edəcək.
"ASCO Arena"da reallaşacaq qarşılaşma saat 19:00-da start götürəcək. Görüşü Əli Əliyevin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
Paytaxt klubu 32 oyundan sonra 42 xalla 6-cı, qonaqlar 17 xalla sonuncu - onuncu pillədə qərarlaşıb. "Qəbələ"nin mövsümü sonuncu sırada başa vuracağı dəqiqləşib.
Azərbaycan Premyer Liqası
XXXIII tur
19:00. “Səbail”– “Qəbələ”
Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Eyyub İbrahimov, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
“ASCO Arena”
Qeyd edək ki, XXXIII turda "Qarabağ" "Neftçi"ni (5:0), "Zirə" "Turan Tovuz"u (2:1), "Sabah" isə "Araz-Naxçıvan"ı (1:0) məğlub edib. "Kəpəz" - "Sumqayıt" qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1.