Müavini AQTA sədrindən geri qalmadı, ofşor hesabı üzə çıxdı – Fotolar

Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rüfət Rüstəmzadənin adı Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsiumunun (İCİJ) ortaya çıxardığı sənədlərdə iki şirkətlə bağlı çəkilir.

Reportyor.info məlumat verir ki, bu haqda jurnalist Cavnşir Həsənli facebook-da paylaşıb.

Rüfət Rüstəmzadə QTA-da sədr müavini vəzifəsinə ötən ilin fevralında təyin olunub. O, 1996-2007-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dünya Bankının İnstitusional Quruculuğa Birinci Texniki Yardım Layihəsinin işçi qrupunda müxtəlif vəzifələrdə çalışıb, 2007-2010-cu illərdə “Caspian Biznes Consaltinq” MMC-nin idarəedici tərəfdaşı, 2010-2013-cü illərdə Liviya – Azərbaycan QSC-nin İdarə Heyətinin sədri olub.

2014-cü ilin dekabr ayından isə hazırkı vəzifəsinə təyin olunana qədər Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi olub. Kənd Təsərrüfatı Nazirliyində çalışdığı dövrdə onun adı mətbuatda güzəştli kreditlərlə bağlı xoşagəlməz işlərdə hallanıb.

Müavini AQTA sədrindən geri qalmadı, ofşor hesabı üzə çıxdı – Fotolar



“Paradise Papers” (Cənnət kağızları”) kimi məşhurlaşmış sənədlərə görə Bakı şəhər, İ.Dadaşov küçəsi 50 ünvanında qeydiyyatda olan cənab Rüstəmzadə 2010-cu ilin martın 24-də Maltada təsis edilmiş PAGOR GROUP LIMITED-nin hüquqi təmsilçisi və direktorudur.

Şirkət Maltada VALLETTA, 12/13 VINCENTI BUILDINGS, STRAIT STREET ünvanında hüquqi qeydiyyata alınıb. Şirkətin əsas səhmdarlarından biri isə “Azərsu” ASC və Qaçqınların və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinin çoxsaylı tenderlərinin, sifarişlərinin “qalibi” kimi çıxış edən “Alibayli” Ltd şirkətidir.

Müavini AQTA sədrindən geri qalmadı, ofşor hesabı üzə çıxdı – Fotolar


“Alibayli” Ltd Atlantik okeanının Britaniyaya aid Virciniya adalarında qeydiyyatdan keçib. Qorxmaz Paşayevin də adı sənədlərdə PAGOR GROUP LIMITED şirkətinin direktorlarından biri kimi çəkilir.

Rüfət Rüstəmzadənin və Qorxmaz Paşayevin adları Maltada həmin şirkətlə eyni gündə, eyni hüquqi ünvanda qeydiyyatdan keçmiş daha bir şirkətin – FOCUS GROUP LIMITED-in sənədlərində də hüquqi təmsilçi və direktor kimi qeyd olunub.

FOCUS GROUP-un əsas səhmdarlarından qismində PAGOR GROUP LIMITED də var. Hər iki şirkətin daha bir səhmdarı isə ARQ FIDUCIARIES LIMITED offşor şirkətidir. Bu şirkətin özü də müxtəlif sferaları əhatə edən çoxsaylı offşor şirkətlər tərəfindən təsis edilib.

-
Müavini AQTA sədrindən geri qalmadı, ofşor hesabı üzə çıxdı – Fotolar


Tender kral”larından biri kimi məşhurlaşmış Qorxmaz Paşayev və ailə üzvləri həm də Avstriya və Almaniyada daşınmaz əmlak şirkətlərinin sahibidirlər. Yeri gəlmişkən, QTA rəhbəri Qoşqar Təhməzlinin də Slovakiyada, Ukrayna, Gürcüstan və Türkiyədəki biznesi ilə bağlı bir müddət əvvəl sənədlər təqdim etmişəm.
Müavini AQTA sədrindən geri qalmadı, ofşor hesabı üzə çıxdı – Fotolar

Müavini AQTA sədrindən geri qalmadı, ofşor hesabı üzə çıxdı – Fotolar
Müavini AQTA sədrindən geri qalmadı, ofşor hesabı üzə çıxdı – Fotolar