Braziliyanın İtaperika-de-Serra şəhərində (San-Paulu ştatı) doğum gününü qeyd etməyə toplaşan 28 nəfərdən ən azı onu koronavirusa yoluxub.
“BCC” xəbər verir ki, Vera Lusiya Pereyranın 59-cu doğum gününü qeyd etmək istəyən insanlardan üçü bir həftə ərzində vəfat edib.
Sağ qalanlar isə təcrid vəziyyətindədirlər. Qeyd etmək lazımdır ki, ölənlər V.L. Pereyranın həyat yoldaşı Paulu, onun qardaşı Klovis və bacısı Mariyadır.