Millət vəkilindən DTX ilə bağlı paylaşım: "Üzdə görünməyən, fəqət dərində milyonların qəlbini fəth edən adam"

Millət vəkilindən DTX ilə bağlı paylaşım: "Üzdə görünməyən, fəqət dərində milyonların qəlbini fəth edən adam"











"Bütün ruhu və varlığı ilə dövlətinə, Prezidentinə bağlı, sadiq adam"

Veteninfo.az xəbər verir ki,bu fikirləri Azərbaycan Demokratik Marifçilik Partiyası sədri,millət vəkili Elşən Musayev özünün facebook səhifəsində paylaşıb.
Partiya sədrinin açıqlamasın olduğu kimi təqdim edirik: "Zamanında fəaliyyəti, cəsarəti, şücaəti keçmiş MTN komandası tərəfindən nəzərə alınmayan, amma sonucda yenə də bağlı olduğu Prezidenti tərəfindən qorunan və qiymətləndirilən adam.
Əsl peşəkar, fenomenal əməliyyatçı, birsifətli məmur, işini hamıdan gözəl bilən adam.Riyakarları, yaramazları, dövlət malına, kasıb ərzağına göz dikənləri ifşa edən adam.
Güvənə, etimada layiq adam.
Adam kimi ADAM!
Eşq olsun sizə, cənab general! Var olun, Əli Nağıyev! Yaşa DTX!
Lütfən dayanmayın. Beləcə davam edin. Daha da irəliləyin.
Sizə bütün xalq azarkeşlik edir...