6 illik nikahdan və 16 illik münasibətdən sonra 68 yaşlı Alla Puqaçova 41 yaşlı Maksim Qalkinə ərə gedib.
AzBaku.info axşam.az-a istinadən xəbər verir ki, mərasim gizli kiçik kilsələrdən birində keçirilib.
Toyun şahidləri arasında İqor Nikolaev və xanımı Yuliya Proskuryakova yer alıblar.
Toyda lentə alınan video İnstaqramda yayılıb. Maksim paylaşdığı görüntüyə "Bizim xoş xatirəmiz var. Biz evləndik" şərhini yazıb.
Qeyd edək ki, Alla və Maksimin Liza adlı qızı, Qarri adlı 4 yaşında oğlu var.